Yəmən silahlı qüvvələri Qırmızı dənizdən işğal olunmuş Fələstinə gedən yandırılmış gəmilərin videogörüntüsünü yayımlayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən husiləri dünən gecə (23 avqust) Yunanıstanın SOUNİON gəmisinin necə yandığını əks etdirən görüntüləri yayımlayaraq Fələstin xalqına dəstəklərini davam etdirəcəklərini bir daha vurğulayıblar.
Husilərin media mənbələri tərəfindən paylaşılan görüntülərdə yunan gəmisinin vurulduqdan sonra alovlandığını göstərən səhnələr var.
Husilər dünən “MV Sounion” adlı gəminin İsrail limanlarına giriş qadağasını pozduğu üçün vurulduğunu açıqlamışdı.
Böyük Britaniyanın Sənadakı səfiri Abda Şərif husilərin hücumuna məruz qalan “MV Sounion” adlı gəminin heyətinin xilas edildiyini, ciddi ziyan görən gəminin isə Qırmızı dənizdə vurulmuş vəziyyətdə qaldığını açıqlayıb.