Emma Watsonun sionist təbliğatı (Hasbara) müqabilində Fələstinlə həmrəyliyi.
Məşhur “Harry Potter” filmlərindəki rolu ilə tanınan Emma Watson instaqramda Fələstinə dəstək verən, üzərində “Həmrəylik bir hərəkatdır” şüarı yazılan və həmrəyliyin mənası ilə bağlı sitatı əks etdirən foto paylaşıb. Bu paylaşım dünyanın hər yerindən geniş dəstək alıb və bir milyondan çox istifadəçi tərəfindən bəyənilib.
Bu, Fələstin xalqının azad yaşamaq hüquqları və İsrailin müstəmləkəçi aparteid rejiminə son qoymaq üçün həmrəyliyi ifadə edir.
Bundan sonra isə, fələstinlilərə qarşı ekstremist ideoloji baxışları və beynəlxalq hüquq prinsiplərinə əsaslanan sülhü rədd etməsi ilə tanınan İsrailin iki səfiri (İsrailin BMT-dəki keçmiş və indiki səfiri Gilad Erdan və Denni Danon) Fələstinlə bu sadə həmrəylik formasına antisemitizm adı qoyublar və Watsonu antisemit kimi təsvir etməyə çalışıblar. Lakin onların azad fikrə qarşı terror və antisemitizmdən sui-istifadə etmək cəhdləri uğursuzluqla nəticələnib. Çünki dünyanın hər yerindən bir çox fikir liderləri, fəallar və ictimaiyyət media və sosial media vasitəsilə onların yalanlarına qarşı sərt reaksiya göstərərək, antisemitizm iddialarının absurdluğunu açıq şəkildə nümayiş etdirdilər.
Fələstinlilər isə öz növbələrində sosial şəbəkələrdə bu başlıq ilə paylaşım ediblər:
Emma Vatsonun Fələstinə dəstəyi 1 – Sionist hasbara 0