Hollandiyanın xarici işlər nazirliyi İordan çayı qərb sahilində sionist qəsəbə sakinlərinin zorakılığından nigarançılıqla İsrailin 13 yeni qəsəbə inşa etmə qərarını sərt tənqid edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Kaspar Voldkamp bu gün (25 mart) X sosial media hesabında yazıb: Mən İordan çayı qərb sahilindəki gərginliyindən, sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı zorakılığından çox narahatam.
Fələstinli kinorejissor Həmdan Bilala və digər fələstinlilərə qarşı hücumların zorakılığın “başqa bir nümunəsi” olduğunu bildirən Volkamp İsrail rejimini zorakılığın qarşısını almağa və bu hadisələrin səbəbkarlarını mühakimə etməyə çağırdığını bildirib.
Volkamp vurğulayıb: Hollandiya zorakı məskunlaşanları və onların təşkilatlarını hədəf alan üçüncü sanksiya paketinin qəbul edilməsində Avropa İttifaqını dəstəkləməyə davam edəcək.