Sionist mediaları Livan Hizbullahının işğal olunmuş Fələstin torpaqlarına hücumlarda 2 israilli hərbçinin yaralandığından xəbər verirlər.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejimin 12-ci kanalı dünən (4 sentyabr) bu xəbəri elan edərək deyib: Avivim, Ərəb Əl Aramşe, Birket Rişa, Manara, Hanitha, Sammaka və Əl Assi bölgələrində İsrail hərbçilərini hədəf alıb.
Kəfər Şuba yüksəkliklərində İDF-nin komanda məntəqəsi və radar stansiyası vurulub, yanğınlar qeydə alınıb. Əl Cəlildə baş verən yanğın söndürülmək ərəfəsindədir.
Yadiut Aharanot qəzetinin məlumatına görə Livan Hizbullahının şimal bölgələrə raketlər atdığı üçün Keryat Şamunda partlayış səsləri dayanmaq bilmir.