Bu gün səhər sionist mediası Livanın cənubundan işğal olunmuş Fələstinin şimalına ən azı 300 raket və pilotsuz təyyarənin hücumunu etiraf edib.
Qafqaztimes xəbər verir ki, sionist rejim mediası yüksək rütbəli İsrail rəsmilərinə istinadən elan edib ki, 320-dən çox raket və çoxlu sayda Livan pilotsuz təyyarəsi İsrail ordusunun Fələstinin şimal bölgələrindəki mövqelərini vurub.
Həmçinin bu rejimin mediası bu səhər Livan Hizbullahının Nəhariyyə və Akkaya raket hücumları zamanı bir neçə sionistin yaralandığını bildirib.
Hizbullahın şəhid Fuad Şükrün qətlinə ilk cavabından sonra bütün işğal olunmuş ərazilərdə xüsusi təhlükəsizlik və fövqəladə vəziyyət elan edilib və işğal olunmuş Fələstinin şimal bölgələrində həyəcan təbili çalınıb.
Digər tərəfdən, sionist rejimin baş naziri Benyamin Netanyahu və bu rejimin hərbi naziri Yoav Gallant İsrail ordusunun baş qərargah rəisi Harasi Halavi və İsrail ordusunun digər yüksək səviyyəli komandirlərinin iştirakı ilə xüsusi təhlükəsizlik iclası keçirilib.
Raketlərdən birinin düşdüyü an: