Şənbə günü sionist rejimin mediası Livan Hizbullahının raketinin işğal olunmuş ərazilərin mərkəzində Əl-Tira qəsəbəsini vurması nəticəsində 19 sionistin yaralandığını bildirib.
Bu xəbərə əsasən, sionist İsrail rejiminin mediası Livan İslami Müqavimətinin bu gün səhər (şənbə günü) raketlərlə Təl-Əviv və onun ətraf bölgələrini hədəf aldığını elan edib.
İsrail ordusu atılan 3 raketdən ikisinin qarşısını aldığını iddia edib.
Sionist rejim mediası işğal olunmuş ərazilərin mərkəzindəki əl-Tirə qəsəbəsində bir binaya raketin düşdüyünü və nəticədə 19 sionistin yaralandığını elan edib.
Bu media həmçinin daha bir raketin Təl-Əvivin dərinliklərində yerləşən “Şaron” ərazisinə düşdüyünü və bu hücumun böyük ziyan vurduğunu etiraf edib.
Bundan əvvəl sionist rejimin mediası Təl-Əviv və ətraf rayonlarda həyəcan sirenlərinin çalınması xəbərini yayıb və bildirib ki, müdafiə sistemləri atılan raketlərlə mübarizə aparmağa çalışır.
Bu kontekstdə bəzi mənbələr “Heşaron” bölgəsinə raketin düşdüyünü xəbər vermişdi.
Qafqaztimes
Al-alam
1 şərh
Leaked Sex Tape Video of my Girlfriend shows she’s cheating on me. Click on my name for FULL VIDEO