Livan Hizbullahı Fələstinin şimal böləsində işğalçı sionist rejimin kəşfiyyat tipli hərbi avadanlıqlarının məhv edilməsini təsvir edən videogörüntülər yayımlayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, dünən axşam (14 may) yayımlanan görüntülərdə işğal olunmuş Fələstinin şimalında yerləşən sionist rejimin Admit hərbi bazasında mövcud olan kəşfiyyat balonları və onların idarəetmə sistemi mərkəzinin məhvi müşahidə olunur.
Livan Hizbullah hərəkatı yaydığı bəyanatda sionistlərin ağır tələfat verdikləri və bu əməliyyatın sırf Livan ərazisində olan mülki şəxslərə hücumun bir cavabı olduğu deyilir.
Qeyd edək ki, 7 oktyabr Əl Əqsa Tufanı Əməliyyatından bəri sionistlər Qəzzədə soyqırımı ilə yanaşı Livanın cənub bölgələrinə də intensiv artilleriya hücumları edir, öz təsəvvürləri ilə fələstinlilərə dəstək olmaması üçün Hizbullahın başını oyalayırlar.