Livan Hizbullahının baş katibi ölkəsinin cinayətkar təcavüzə məruz qaldığını, düşmənin müqaviməti məhv etmək cəhdlərinə rəğmən, məğlub olduğunu vuğrulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Şeyx Nəim Qasim bu gün (5 dekabr) deyib: Düşmən müqaviməti məğlub etmək istəyirdi, lakin müqavimət “Övla əl-Bəs” əməliyyatı ilə buna qarşı çıxdı. Bu qələbəni bizə nəsib etdiyi üçün Allaha şükürlər olsun.
Şeyx Nəim Qasim əlavə edib: Atəşkəs sazişi BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əsaslanan əvvəlki razılaşmanın icra mexanizmidir və ona yeni heç nə əlavə olunmayıb. Bu razılaşma İsrailin bütün Livan ərazisindən geri çəkilməsini tələb edir və Litani çayının cənubunda müqavimətin mövcudluğunu qadağan edir.
Hizbullah lideri qeyd edib: Biz İsrail tərəfindən 60-a yaxın atəşkəs pozuntusunu müşahidə etmişik və Livan hökuməti bu məsələnin təqibinə cavabdehdir. Hizbullah güclü və qüdrətlidir. Çünki Fələstin və Livan xalqının öz torpaqlarını azad etmək hüququ ilə birlikdədir.
1 şərh
svtv9r