Livan Hizbullahının rəsmisi Qəzzə cəbhəsinin dəstəyi istiqamətində bütün məqsədlərinə çatdığını elan edərək İsrailin bütün ərəb ölkələri üçün təhdid olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan parlamentində Müqavimətə Vəfadarlıq Fraksiyasının sədri Məhəmməd Rəəd bu gün (10 sentyabr) deyib:Hizbullahın Qəzzə cəbhəsinə dəstək barədə qərar məzlum Fələstin xalqının müdafiəsindən əlavə, Livan təhlükəsizliyinin təmini üçün bir tədbir idi. Bu günə kimi etdiyimiz fədakarlıqlar bu cəbhəyə qoşulmayacağımız zaman verə biləcəyimiz bədəllərdən daha azdır.
Məhəmməd Rəəd həmçinin deyib: Müqavimət Qəzzə xalqının dəstəkləməklə bəşəriyyət və insanlıq dəyərlərini qorumaq uğrunda çalışır. Əlbəttə bu təkcə Qəzzə ilə tamamlanmır. Əslində Livan, Suriya, İordaniya, İraq, Misir, ərəb xalqları və islam dünyasını əhatə edir.