Qafqaztimes xəbər verir ki, Livan Hizbullah hərəkatının mərkəzi şurasının üzvü Həsən əl-Bağdadi amerikalıların region ölkələrinin resurslarını talan etməyə çalışdıqlarını bildirib.
Əl-Nəşrə xəbər saytı Həsən əl-Bağdadiyə istinadən xəbər verir ki, amerikalılar regionun xəritəsini öz planlarına uyğun çıxmağa çalışırlar. Onların proqramları resursların talan edilməsinə və İsraili dəstəkləməyə əsaslanır.
Hizbullah üzvü həmçinin deyib: “Birləşmiş Ştatlar öz muzdluları vasitəsilə müharibələr başlatdı və müharibəni uduzduqda bu muzdluları digər insanlar üzərində hakim etdi və onlara xəzinəni talan etməyə icazə verdi.”
O, həmçinin belə deyib: “Amerikalıların öz muzdlularından korrupsiyaya və korrupsionerlərə qarşı inqilab elan etmələrini istəmələri gülüncdür. Bizim bu insanlara və onların ağalarına qarşı durmaqdan başqa çarəmiz yoxdur.”
Hizbullah rəsmisi vurğulayıb ki, Livan xalqı bu cür insanların milli birliyi pozmasına icazə verməməli, Livan ərazisinin azadlığına səbəb olan və düşmən İsraili yerində oturdan müqavimət yoluna davam etməlidir.
