İbrani mənbələr Livan Hizbullahının bir neçə dəqiqə əvvəl 50-dən çox raketlə sionist yəhudilərin işğal etdiyi Colanın şimalındakı Katsrin qəsəbəsini hədəf aldığını açıqlayıb.
Qafqaztimes xəbər verir ki, İsrailli jurnalist Yossi Yehoshua Hizbullahın müharibə başlayandan bəri ilk dəfə mülki hədəflərə hücum etdiyini və bu hücumun itkilərlə nəticələndiyini və bunun çox təhlükəli olduğunu vurğulayıb.
İsrailin Milli Radiosu Katsrindəki bir neçə binanın birbaşa Hizbullah raketləri tərəfindən hədəf alındığını açıqlayıb.
İbrani mənbələrinə görə, Colanda bir çox yol və küçələr bağlanıb.
Bundan əvvəl Əl-Cəzirə Livanın cənubundan işğal olunmuş Fələstinin şimalındakı Colan istiqamətində 30-dan çox raket atıldığını açıqlamışdı.
Hizbullah bildirib: İşğalçı İsrail ordusunun Colandakı logistik bazasını hədəfə aldıq
Livan Hizbullahı Katyuşa raketləri ilə işğal altındakı Colandakı sionist İsrail rejimin “Tesnobar” logistika bazasını hədəf aldığını açıqlayıb.
Hizbullah verdiyi açıqlamada bu əməliyyatın Fələstin xalqı və müqavimətinə dəstək və sionist düşmənin Livana, xüsusilə Bekaa bölgəsinə qarşı cinayətlərinə cavab olaraq həyata keçirildiyini vurğulayıb.
Hizbullah həmçinin işğal altındakı Fələstinin şimalındakı “Hədəb Yarun” bazasını pilotsuz təyyarə ilə hədəfə aldığını açıqlayıb.
Alalam
1 şərh
Hello there! Do you know if they make any plugins to assist with SEO?
I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good success.
If you know of any please share. Thank you! You can read similar article here: Blankets