Livan Hizbullahı bəyanat yayaraq silahlı qüvvə komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Əqilin İsrail sionis rejimin Beyruta endirdiyi zərbələr nəticəsində şəhid olduğunu təsdiqləyib.
Təsnim İnformasiya Agentliyinin bu günə (21 sentyabr) məlumatına əsasən, bəyanatda deyilir: Bütün ömrünü cihada həsr edən Əbdül Qadir İbrahim Əqil şəhid qardaşları sırasına daxil oldu.
Beyrut müxbiri şəhid İbrahim Əqilin cəsədi sionist rejimin Zahiyədə partlatdığı binanın dağıntıları arasından çıxarıldı.
Xatırladaq ki, dünən (20 sentyabr) İsrail Hərbi Hava Qüvvələrinin Livanın Zahiyə bölgəsinin cənubuna hava hücumu nəticəsində “Hizbullah”ın rəhbərliyində təmsil olunan şəxslərdən biri İbrahim Əqil şəhid olub. “Reuters”in mənbələrə istinadən verdiyi xəbərə görə, İsrailin bu hücumunda hədəf məhz elə İbrahim Əqil olub.