Livan Hizbullahı bəyanat yayaraq Qəzzə xalqının düşmən sionistə qələbəsini təbrik edib.
Qafqaztimesin xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Livan Hizbullahının bu gün (20 yanvar) yayımladığı bəyanatda deyilir: Biz bu qələbə münasibətilə Fələstin xalqı, müqavimət dəstələri ilə birlikdə FƏləstini dəstəkləyən bütün qruplara, ərəb və islam ümmətini təbrik edirik. Əl Əqsa Tufanı əməliyyatından sonra başlayan, Amerika-İsrail birləşməsinin təcavüzkarlıqları qarşısında 15 aydan çox sürən bu möhkəm iradə tarixə qızıl xəttlə yazıldı.
Bəyanatın davamında qeyd edilir: Bu tarixi qələbə bir daha müqavimətin işğalçılıq qarşısında böük bir maneə olduğunu, düşmən və müttəfiqlərinin təcavüzlərini heçə çevirə biləcəyini sübut etdi. Çünki azad xalqların iradəsi bütün ölüm maşınlarından, amerika-israil terrorizmindən daha güclüdür.