Raialyoum-un məlumatına görə, İbrani qəzeti “İsrael Hayom” dünən (bazar günü) verdiyi xəbərdə belə yazıb: “Hizbullah bugünkü cavabla kifayətlənsə, İsrail müharibəni genişləndirməyəcək və “Fuad Şükr”ün sui-qəsd işi bağlanacaq.
Qafqaztimes xəbər verir ki, bu qəzet yazıb: İsrail gərginliyin artmasının qarşısını almaq üçün xarici tərəfləri Hizbullahın hücumunu zərərsizləşdirməyə çağırıb. İsrail bu müharibəni böyük müharibəyə çevirmək niyyətində deyil.
Bu xəbərə görə, Livan Hizbullahı, dünən səhər saatlarında İmam Hüseynin (ə) Ərbəini ilə eyni vaxtda sionist rejimin Beyrutun cənub ətrafına vəhşicəsinə hücumlarına ilkin cavab tədbirləri çərçivəsində çox sayda raket və pilotsuz uçuş aparatları ilə işğal altındakı Fələstinin şimalındakı işğalçı İsrail rejiminin mövqelərini hədəfə alıb.
Al-alam
