Livan Hizbullahının sionist rejim ordusuna qarşı ardıcıl 3 əməliyyatında bu rejimin çox sayda əsgəri həlak olub və yaralanıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan Hizbullahı ayrı-ayrı bəyanatlarda sionist rejim ordusu əleyhinə 3 hərbi əməliyyat keçirdiyini elan edərək deyib: İslami müqavimət Qəzzə xalqına dəstək məqsədilə bu gün (13 aprel) sionist rejimin Livanın Kəfr Şuba təpələrindəki Roysatul Ələm hərbi mövqeyini raketlə hədəfə aldıq.
2-ci bəyanatda deyilir: Bu axşam İraqın İslami müqavimət döyüşçüləri sionist Hənitə qəsəbəsində sionist rejim ordusunun hərbi qərargah binasını hədəfə aldı.
Hizbullahın 3-cü bəyanatında deyilir: İslami müqavimət bu gün axşam saatlarında sionist əsgərlərin Harş Hənitədəki mövqelərini raket silahları və artilleriya ilə hədəfə alıb. Nəticədə düşmən itki verib.