Livan İslami Müqaviməti Livanın işğal olunmuş Fələstinlə sərhədlərinə nəzarət edir.
İslami müqavimət sionist rejimin əsgərlərini pusquya salaraq, raket atəşinə tutmaqla onlara ağır zərbə vurub. İsrail regimi itkilərini tədricən üzə çıxarmağa məcbur olub.
Əl-Aləm-in Livandakı müxbiri Hüseyn Əzəddin bir xəbərdə Livan İslam Müqavimətinin Hayfanın cənubunda sionist rejim ordusunun 7200 bazasına hücumlarının son nəticələrini açıqlayıb.
Bu hesabata əsasən, sionist rejim ordusunun 7200 bazası İslami müqavimət qüvvələrinin raketləri ilə hədəfə alınan partlayıcı maddələrin istehsalı zavodu olub.
Əl-Aləm müxbiri həmçinin qeyd edib: Livan İslam müqavimətinin kənd təsərrüfatı ərazilərinə raket hücumları da sionist rejimə ciddi ziyan vurub.
Bu xəbərə əsasən, dəlillər göstərir ki, sionist düşmənin iddialarına baxmayaraq, sərhəd xəttlərinə nəzarət hələ də İslami müqavimət qüvvələrinin əlindədir.
Qafqaztimes
Alalam
