QafqazTimes xəbər verir ki, sionist rejimin prezidenti İshaq Hersoq ötən gün öz iqamətgahında Təl-Əvivin gələcək baş naziri Yair Lapid ilə görüşüb.
“i24” xəbər saytının məlumatına görə, Hersoq Lapidlə görüşünün əvvəlində deyib: “Yeni seçkilər ərəfəsindəyik. Çox qısa müddətdə beşinci seçkidir və bu, İsrail üçün çox qeyri-normal və zərərlidir.”
Sionist rejimin başçısı sözünə davam edib: “Sizə xatırlatmalıyam ki, ilk növbədə bizim idarə etməli və rəhbərlik etməli olduğumuz bir hökumət var. Qarşıda seçki olsa belə, hökumət vətəndaşların tələblərinə diqqət yetirməlidir.”
O, həmçinin Lapidi təbrik edərək deyib: “Siz bu vəzifəyə çoxlu təcrübə və bacarıqlarla, həm də böyük siyasi qabiliyyətlərinizi ortaya qoymaqla gəlib çatdınız. Sizə uğurlar arzu edirəm. Çünki sizin uğurunuz hökumətin uğurudur. Mən öz köməyimi və dəstəyimi əsirgəməyəcəm və bilirəm ki, bizim birgə uğurlu əməkdaşlığımız olacaqdır.”
Hersoq və Lapid arasında bu görüş dünən sionist parlamentin (Knesset) üzvləri bu parlamentin buraxılmasına müsbət səs verdikdən sonra baş tutub. Knessetin buraxılması ilə sionist rejim son üç il yarımda beşinci seçkini keçirmək məcburiyyətində olacaq. Naftali Bennetdən sonra Yair Lapid işğal olunmuş ərazilərdə müvəqqəti olaraq baş nazir vəzifəsinə əməl edəcəkdir.