Sosial şəbəkələrdə təyyarəyə çırpılan nəhəng quş və bu səbəbdən yaralanan pilotin görüntüləri yayılıb.
Kadrlar Ekvadorda qeydə alınıb.
Videoda kabinədən sallanan quş və üzü qanlar içində olan pilot əks olunub. Maraqlıdır ki, yaşanan dəhşətə baxmayaraq o, soyuqqanlığını qoruyur.
Məlumata görə, pilot Ariel Valienten təyyarəni uğurla endirə bilib. O, quşun qəzadan bir neçə dəqiqə sonra öldüyünü bildirib.