İzmirdə səhiyyə işçilərinə qarşı zorakılıq olub.
Tepecik Təhsil və Araşdırma Xəstəxanası Qadın Xəstəlikləri və Doğum Şöbəsinin həkimi Furkan Balcı Suriya vətəndaşının hücumuna məruz qalıb. Onun burnu qırılıb.
Suriyalı şəxs arvadını kişi həkimin müayinə etməsinə etiraz edib.
Hücumdan sonra xəstəxananın qulaq-burun-boğaz xidmətinə aparılan Balcının əməliyyat olunduğu və kəllə-beyin travması səbəbindən bir müddət nəzarətdə saxlanılacağı öyrənilib.
Təcavüzkar əvvəlcə mühafizəçilər tərəfindən təhlükəsizlik otağına, daha sonra hadisə yerinə gələn polis qrupları tərəfindən bölməyə aparılıb.
1 şərh
Artificial intelligence creates content for the site, no worse than a copywriter, you can also use it to write articles. 100% uniqueness, scheduled posting to your WordPress :). Click Here:👉 https://stanford.io/3FXszd0