Sionist rejim ordusunun baş qərargah rəisi 7 oktyabr 2023 hadisəsini araşdıran tədqiqatın nəticələrindən sonra istefaya hazır olduğunu elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Herzi Halevi bu gün (29 noyabr) deyib: Yeni müharibə naziri İsrael Kats bizimlə əməkdaşlıq etmir və onun iki yeni təyinatlı adamından da razı deyilik.
Halevi əlavə edib: Tədqiqatların sonunda biz dəöz şəxsi qərarlarımızı verəcəyik. Belə olduğu halda komandirlər bu xüsusda mənə nisbətən daha az məsuliyyət daşıyacaq. Beləliklə, mən tədqiqatların son nəticəsi elan edildikdən sonra istefa verəcəyəm.