Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin “Youtube” səhifəsi oğurlanıb.
Bu barədə mərhumun “Facebook” səhifəsində məlumat paylaşılıb.
Məlumatda qeyd olunub ki, Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalır:
“Əziz dostlar! Artıq “Youtube” kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək”.
1 şərh
gxdwex