QafqazTimes xəbər verir ki, Azərbaycan İslam Partiyasının lideri Hacı Mövsüm Səmədov 12 il həbsdən sonra bu gün azadlığa buraxılıb.
Xatırladaq ki, Hacı Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də məktəblərdə hicabı qadağan edən qanunu tənqid etdiyinə görə həbs edilərək, 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hüquq müdafiəçiləri Hacı Mövsüm Səmədovun həbsini siyasi akt hesab edərək, bunu ifadə azadlığının qadağan edilməsi və Azərbaycan dindarları üçün məhdudiyyətlərin yaradılması istiqamətində atılan addım adlandırıblar.
O, 12 il həbsdə olduğu müddətdə dini və siyasi fəaliyyətini dayandırmamış, həmişə dinin cəmiyyətdəki siyasi və ictimai rolunun müdafiəçisi olmuşdur.