QafqazTimes.com Əhli-Beyt İnformasiya Şəbəkəsinə istinadən Mübariz Ruhani Hacı Abgül Süleymanovun həbsxanadan Azərbaycanın müsəlman Xalqına və müqavimətçi möminlərə müraciətini təqdim edir:
Nimeyi şaban, İmam Məhdinin mövludu və Seyid Əli Xamenei ilə beyət günüdür.
Bu il şaban ayının 15-i imam Mehdinin (ə) təvəllüdünü çox təntənəli surətdə qeyd etməliyik. Bu dəfəki addımlarımız əvvəlki illərdə keçirdiyimiz mövludlardan fərqli olmalıdır. Belə ki, o böyük xilaskarı özümzdən razı salmağa çalışmalıyıq. Onun zühurunu tezləşdirmək uğrunda səy və cəhdlər göstərməliyik. Bildiyiniz kimi cəmiyyətimizdə boşluqlar çoxdur. Biz o həzrətin zühurunu səbirsizliklə gözləsək də onun naibindən xəbərsizik. Allahın izni ilə 18 mart, cümə gününü, yəni 15 şabanı imamın naibinə beyət etməklə beyətimizi təzələməklə birgə qeyd etsək mənəviyyat və vəhdətimizə daha çox təsir göstərəcək. Beyət bütün müqavimətçi möminlər tərəfindən olmalıdır. Hamımız eyni fikirdə olmalıyıq. Vəliyyi fəqihin məsələsindən qorxmayın. Vilayəti fəqih mövzusu imamətin davamı deməkdir. Necə ki, imamət nübuvvətin ardı idi.
İmam Məhdi qeybə çəkildikdən sonra xəlifələr və zalım şahlar bu məsələnin gerçəkləşməsinə maneə olurdular. İndi də belədir. Düşmən Amerika və İsrail vilayəti fəqih modelindən qorxur və bu quruluşun dağıdılmasına çalışırlar. Ona görə min illər boyu şiələr bu ilahi nemtədən məhrum qalmışlar.
İmam Xomeyni (Allahın salamı olsun ona) güc qüvvət əldə etdiyi gün bu fikri ortaya qoymağı bacardı. Əslində imam Mehdinin naibi bizi elə bu düşüncəyə tərəf istiqamətləndirir. Odur ki, düşmənlər istəməsələr belə biz onun naibinə tərəf üz tutmalıyıq. Çünki hamımızın xilası məhz bundadır.
Şiə heç vaxt çaşqınlıqda və ya azğınlıqda qalmayıb. Ona görə ki, daim vilayət bayrağı altında olub. Hamımız rəhbərə olan beyətimizi belə deyərək təzələməliyik:
Ey bizim seyyidimiz, biz heç vaxt səndən qabağa keçməyəcəyik. Heç səndən dala da qalmayacağıq. Biz həmişə sənin ardınca, getmişik, gedirik və gedəcəyik inşallah. Sən kimlərdən üz döndərsən biz də onlardan üz döndərəcəyik, sən kimlərlə düşmən olsan biz də onlarla düşmən olacağıq. Biz bugün imam Mehdiyə söz veririk ki, onun naibini tək qoymayacağıq. Həmçinin elə boşluqlar yaratmayacağıq ki, düşmənlər bizdən istifsdə etsinlər.
İlahi biz səndən vilayətçi, hüseyni, müqavimətçi olmağı yox, vilayətçi, hüseynçi, müqavimətçi qalmağı istəyirik.
Allah hamımızın qədəmlərini vilayət yolunda sabit etsin və imamın naibinin kölgəsini başımızın üstündən əskik etməsin!
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Abgül Süleymanov
15.03.2022