İsrail mediaları baş naziri ölkəni uçurum aparmaqda təqsirləndirərək heç də yaxşı aqibəti olmayan məhvə doğru apardığını iddia edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Haartes qəzetində yazılan məqalədə deyilir: Benyamin Netanyahu İsraili bataqlıqda batırmağa davam edir və girovların Həmasın əlində qalmasından heç bir narahatlıq keçirmir. Hətta ABŞ prezidneti Co Bayden də ondan iyrəndiyini deyir və belə davam edərsə, artıq ona heç bir dəstək verməyəcəyini deyir. Belə ki, İtamar Ben Qvir və Yoav Qallant kimilərin sözünə baxarsa, bütün dünyanın himayəsindən məhrum olacaq.
Məqalədə yazılır: Bu həngamədə ədliyyə naziri Yarif Livin də fürsətdən istfadə edərək məhkəmə islahatı layihəsinin ardıncadır və öz mənafeyi üçün əlindən gələni əsirgəmir.
Məqalədə həmçinin deyilir: Gün keçdikcə İsrail yağışdan yağmura, çaladan dərin quyuya düşməkdədir. Amma dövlət məmurları öz vəzifələrini qorumağa çalışdığı bir halda nazirlər kabineti xalqı (sionist qəsəbə sakinləri) bəlaya salmaqdan sanki zövq alırlar.