Haartes qəzeti sionist rejim müxalifəti baş nazir Benyamin Netanyahunun Pekinə səfəri barədə yazır: Çinin İsrailə ehtiyacı yoxdur və Netanyahunun Şi Cin Pinglə görüşü də faydasızdır. Çünki nəticə mənfi olacaq.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, baş nazir Netanyahunun Çinə səfəri işğal olunmuş ərazilərdə tənqidlərlə qarşılanıb.
Yaxın Şərq məsələləri üzrə ekspert Tsivi Berpol Haartes qəzetində yazdığı məqalədə bu səfəri analiz edərək yazır: Netanyahu Pekinə gedə bilər və Şi Cin Pinglə şəkil də çəkdirə bilər. Amma Çin prezidentinin böyük bir şəxsiyyət olduğunu unutmasın və ondan çox üstün bir rəhbərdir. Pekinin Orta Şərqdə öz mövqeyini möhkəmlətmək üçün Tel Əvivə ehtiyacı yoxdur.
Ekspert daha sonra yazır: Netanyahu Şi ilə görüşəcəyində Co Baydenə göz dağı verəcəyini sanır. Ağ Evin onun barədə nəzərinin dəyişəcəyi ümidi ilə İsrail vətəndaşlarına alternativ siyasətlərinin olduğunu göstərməyə çalışır.
Analizin digər bir hissəsində deyilir: Çin ABŞ hegemonniya müharibəsinə qarşı ən böyük qüvvə olsa belə, beynəlxalq arenada diplomatik rolunu genişləndirmək və təkmilləşdirmək üçün İsrail gözlədiyi strategiya deyil.
Məqalədə həmçinin ekspert belə vurğulayır: Netanyahunun ayağı Pekinə dəyməzdən çox əvvəl Çin İsrail iqtisadiyyatı da daxil olmaqla Orta Şərqdəki siyasi-iqtasadi kapitalından faydalanıb.
