Sionist rejimin Haarets qəzeti İsrailin İordan çayının qərb sahilini ikinci Qəzzəyə çevirdiyindən xəbər verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Haarets qəzeti dünənki (7 sentyabr) yazıb: İsrailİordan çayının qərb sahiliniikinci Qəzzəyə çevirmək niyyətindədir. Belə ki, Qəzzə zolağında istifadə etdiyi silahlar, hücumlar və hər bir hərbi addım eynilə Qəzzədəkinə bənzəyir.
Qəzetin yazdığına görə İsrail ordusu bu oxşar hücumlarla əks nəticə ilə üzləşəcək. Amma bu dəfə vəziyyət fərqli olacaq.
Qəzet sonra yazır: Qəzzə zolağında müharibə başlayandan bəri İsrail bəzi siyasətlərində dəyişiklik edib və burada yaşayan fələstinlilər yeni və çətin vəziyyətlə üz-üzədir. Belə ki, ilk növbədə atılan addımlardan biri də bütün fələstinlilərin iş lisenziyaları ləğv edildiyi üçün işsizlik səbəbinə yaranmış maddi sıxıntılar da onlara əzab verir.