Həzrət Ayətullah Xamenei xəbis rejimin özünü məzlum göstərmək üçün göstərdiyi səylərə və bu məsələni dünya ictimaiyyətinə təlqin etmək üçün dünya imperializminin media vasitələrinin göstərdikləri köməklərə işarə edərək dedi: “Özünü belə məzlum göstərmək yüz faiz reallığın əksi və yalandır. Heç kəs bu div xislət yırtıcıdan məzlum siması yarada bilməz”.
İnqilabın Rəhbəri qeyd etdi ki, sionist rejimin özünü məzlum göstərməkdə məqsədi bu rejimin Qəzzaya etdiyi cari hücumlardakı cinayətlərini, bu regionun məzlum əhalisinə qarşı törətdiyi kütləvi qırğını yozmaqdır: “Qondarma rejim və onun himayədarlarının hesablaması səhvdir. Sionist rejim və onu himayə edən ölkələrin rəhbərləri və qərar qəbul edən başları bilsin ki, bu işlər onların başına daha böyük bəla gətirəcək. Fələstin xalqı möhkəm qətiyyətlə bu cinayətlərə qarşılıq verəcək və onların çirkin üzünə daha ağır zərbə endirəcək”.
O, sionist rejim və onun himayədarlarının son hadisələrdə qeyri-fəlsətinlilərin, o cümlədən İranın əlinin olması ilə bağlı bəzi boşboğazlıqlarına işarə edərək dedi: “Əlbəttə, biz fələstinli gənclərin, tədbirli və zəkalı layihəçilərin alnından və biləklərindən öpürük. Amma bu boşboğazlıqlar və hesablamlar səhvdir. Fələstinlilərin son zərbəsinin qeyri-fələstinlilərdən qaynaqlandığını deyənlər böyük Fələstin xalqını ya tanımayıblar, ya da onu zəif hesab ediblər”.
İnqilabın Rəhbəri İslam dünyasının sionistlərin cinayətlərinə qarşı reaksiya verməsinin zəruri olduğuna işarə edərək dedi: “Əlbəttə, bütün İslam dünyası Fəlsətin xalqına dəstək verməyə borcludur. Amma bu qəhrəmanlıq Fələstinin fədakar gəncləri, fəalları və ağıllı layihəçilərinin işidir. İnşallah bu şücaət və qəhrəmanlıq fələstinlilərin xilası yolunda atılmış böyük bir addım olacaq”.