QafqazTimes xəbər verir ki, İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mustafa Əl-Kazimi ötən gün (şənbə – 23 iyul) Diyala vilayətinə gələrək, Xalq Səfərbərlik Təşkilatının(Həşdu Şabi) yaradılmasının səkkizinci ildönümü münasibətilə keçirilən hərbi paradda iştirak edib.
Bundan əvvəl İraqın Xalq Səfərbərlik Təşkilatı bu mərasimin Diyala vilayətindəki Şəhid Əbu Muntəzir Əl-Məhəmmədavi hərbi bazasında Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Terrorla Mübarizə Xidmətinin bəzi hərbi qurumlarının iştirakı ilə keçiriləcəyini bildirmişdi.
Şəhid Əbu Muntəzir Əl-Məhəmmədavi hərbi bazası Diyala əyalətinin mərkəzi Baquba şəhərinin şimalındakı “Əl-Xalis” qəsəbəsindən 10 kilometr aralıda yerləşir. Bura vaxtilə “Munafiqin” terrorçu qruplaşmasının əsas qərargahı olmuşdur ki 2012-ci ildə boşaldılaraq İraq hökumətinə təhvil verilmişdir.
Bu baza 20 kvadrat kilometrdən çox əraziyə malikdir və əl-Ərəbi əl-Cədidə xəbər agentliyinə görə, Xalq Səfərbərlik Təşkilatının səlahiyyətində olan silahların yenilənməsi və təkmilləşdirilməsi üzrə əsas mərkəzdir.
Qeyd edək ki, Xalq Səfərbərlik Qüvvələrinin arasında mərcəiyyət fətvası şəhidi kimi tanınan Əbu Muntəzir Əl-Məhəmmədəvi ləqəbli şəhid Hatəm Əsvəd Məhəmməd 13 iyul 2015-ci ildə Əl-Ənbar vilayətində yerləşən “Əs-Səqləviyyə”nin İŞİD terrorçularından azad edilməsi əməliyyatı zamanı şəhid olmuşdur.
İraq Xalq Səfərbərliyinin hərbi paradından görüntülər:




