Qafqaztimes xəbər verir ki, İraqlı fəal Heydər əl-Qurəşi, bir tvitində Həşdu Şabinin hərbi paradında olan bəzi maraqlı məqamlardan bəhs edib. O cümlədən bu maraqlı məqamlardan biri də bu mərasimdə təhlükəsizlik komandirlərinin, müdafiə naziri, daxili işlər naziri, ordu baş qərargah rəisi və əl-Fəth parlament koalisiyasının rəhbəri Hadi əl-Amirinin sinələrində Şəhid Əbu Məhdi əl-Mühəndisin təsvirinin olması idi.
İraqlı millət vəkili Nəim Əl-Əbudi, Həşdu Şabi qüvvələrinin bugünkü hərbi paradı haqqında Twitter hesabında belə yazıb: ” Həşdu Şabi qüvvələrinin bugünkü paradı sadəcə keçib gedən bir görüntü deyildi. Daha doğrusu, İraq daxilində Həşdu Şabinin ölkənin birliyini, təhlükəsizliyini və sabitliyini təmin etdiyinə dair açıq bir mesaj var idi. Xaricə verdiyi mesajı isə bu idi ki, İraq düşmənlər üçün yağlı bir tikə olmayacaqdır. Bir sözlə, cəsur qüvvələrinin sayəsində İraqın gələcəyini təmin edən bir hərbi parad gördük.”
İraq Baş Naziri Mustafa əl-Kazimi də Twitter-də Həşdu Şabi Təşkilatının qurulmasının ildönümü münasibətilə təşkil olunan xüsusi hərbi paradda iştirakına toxunaraq, İraq torpağına və İraq xalqına dəstək verilməsinin vacibliyini vurğulayıb.