QafqazTimes xəbər verir ki, bu gün (çərşənbə) Həşdu Şabi nümayəndə heyətinin rəhbəri Faleh əl-Fəyyaz bir ildə üçüncü dəfə olaraq Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
SANA xəbər agentliyinin məlumatına görə, tərəflər müxtəlif sahələrdə əməkdaşlıq, xüsusilə də təhlükəsizlik məsələləri və İŞİD terrorçularının yuvasına çevrilmiş iki ölkənin sərhəd bölgələrinə nəzarəti müzakirə ediblər.
Suriya prezident aparatının məlumatına görə, terrorçuların strukturunu yenidən qurmaqla İraq və Suriyada təhlükəsizliyə nail olmağa çalışan terrorizm himayədarlarına qarşı səylərin birləşdirilməsi məsələsi də gündəmdə olub.
Faleh əl-Fəyyaz bundan əvvəl mayın 6-da və avqustun 17-də Suriya prezidenti ilə görüşmüş və bu görüş zamanı sərhəd bölgələrinin təhlükəsizliyi məsələsi müzakirə olunmuşdur. İraq mənbələrinin məlumatına görə, ölkənin Suriya ilə sərhəd bölgələri İŞİD-in İraq təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatlar keçirməsi üçün məkana çevrilib.
Bu yaxınlarda İraqın təhlükəsizlik üzrə eksperti Kazim əl-Musəvi ABŞ-ın işğalçı qüvvələrinin İraqın Suriya ilə sərhəd bölgələrində olmasını terroristlərin İraq və Suriyanı eyni vaxtda hədəfə almaq planının əlaməti kimi qiymətləndirib.