Livan Hizbullahının Sədri Seyid Həsən Nəsrullah Aşura günü çıxışında Təl-Əvivə xəbərdarlıq edib.
Qafqaztimes xarici mənbələrə istinadən xəbər verir ki, Nəsrullah bildirib ki, üç ərəb ölkəsi, Fələstin, Livan və Suriya hələ də İsrailin işğalından narahatlıq yaşayır.
Nəsrullah bildirib ki, Hizbullah Oktyabrın 8 -dən bu müharibəyə qoşulub. Çünki bu savaş bütün İslam ümmətinə aiddir.
Yəmən və İraq müqaviməti də bizim kənarımızdadır. Suriya və İran da bizi dəstəkləyir.
Nəsrullah söhbətinə davam edib: Bizdən hücumlarımızı dayandırmağımızı istəyirlər və bizi hədələyirlər. Bizim onlara cavabımız Hüseyn ibn Əlinin cavabıdır. O həzrət belə buyurmuşdu: Bu haramzadələr məni qılıncla zilləti qəbul etmək arasında azad qoyublar. Bilin ki, zillət bizdən uzaqdır!
O bildirib: İsrail ən ağır günlərini yaşayır. Artıq İsrail rəhbərləri öz bacarıqsızlıqlarından danışırlar.
Nəsrullah İsrail rəhbərlərinə səslənib: Əgər tanklarınızı Livanın cənubuna gətirsəniz, bir tankınızı belə salamat qoymayacağıq.
O həmçinin bildirib: Nə qədər ki, İsrailin müxtəlif şəkillərdə təcavüzü dayanmayıb, Hizbullah da dayanmayacaq! İsrailin soyqırımının məsuliyyəti Amerikanın üzərindədir. Çünki Amerika İsraili dayanmadan silahla təmin edir.