Qafqaztimesin məlumatına görə, Ali Liderin ofisi belə bir açıqlamada olub:
Sual: Hər nəfər üçün fitrə məbləği nə qədərdir və fitrə olaraq nə verilməlidir?
Cavab: İnsan (üzərində məsuliyyət olan şəxslər) özü və özündən asılı olan şəxslər üçün hər nəfərə bir “sa” (təxminən 3 kilo) buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və ya bənzər məhsullardan birini ehtiyac sahibinə verməlidir. Əgər bunlardan birinin pulunu versə, bu da kifayətdir.
Fitrənin ayrılması və ödənilməsi vaxtı nə vaxtdır?
Şəxs Fitr Bayramı gecəsi gün batandan etibarən fitrəni ödəyə bilər və ya ayıra bilər. Ehtiyatla vacibdir ki, mükəlləf fitrəni Bayram namazından əvvəl yoxsula çatdırmalıdır. Əgər Bayram namazını qılmırsa, fitrənin ödənilməsini günorta (zöhr) vaxtına qədər təxirə sala bilər. Əgər yoxsula çatma imkanı varsa, fitrəni ayırmaq kifayət etməz, birbaşa ödəmək lazımdır.
Lakin günortaya qədər yoxsula çatma imkanı yoxdursa, fitrəni ayırıb saxlamalı və yoxsul tapdıqda ona verməlidir. Əgər fitrəni ayırmayıbsa, ehtiyat vacibə əsasən fitrə öhdəsindədir və əda və qəza niyyəti etmədən qürbət niyyəti ilə ödənilməlidir.