Fələstin İslami Müqavimət Hərəkatı siyasi bürosunun katibi deyib: Sionist rejim nazirlər kabineti tarixi-coğrafi həqiqətləri tərsinə qələmə verməklə Fələstin xalqı üçün mübarizəyə meydan oxuyur.
Əl Aləm telekanalının məlumatına əsasən, İsmaiil Həniyyə bu gün (26 may) mətbuat konfransında deyib: Hal-hazırda işğalçı rejimin təhlükəli saxtakarlıqla tarixi-coğrafi faktları öz mənafeyinə uyğun dəyişdirən nazirlər kabinetinin əlindən xilas olma mərhələsindəyik.
Həmas rəsmisi Fələstin islami tələbə fraksiyası şurasının müqavimətə dəstəkləri, xalqın qələbəsində çəkilən zəhmətlərinin təqdirəlayiq olduğunu vurğulayaraq deyib: Bizim universitetlərimiz təkcə təhsil ocağı deyil. Əslində ali təhsil mərkəzlərimiz gələcəyimiz təmin edən müqavimət qruplarının elmi sərmayələridir.
İsmail Həniyyə sonda vurğulayıb: Biz indi təhlükəli düşmənlə qarşı-qarşıya dayanaraq radikal nazirlər kabinetinin hiylələrindən qurtulmaq üzrəyik. Sionist rejim tarixi həqiqətləri saxtalaşdırmağa çalışsalar da bizim elmi müqavimət qruplarımız və tələbələrimiz buna icazə verməyəklər.
1 şərh
1xbet промокод при регистрации https://polyanka44.com/include/pgs/promokod_259.html