QafqazTimes xəbər verir ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə Omanın xarici işlər naziri Bədr bin Həmd əl-Busəidilə telefon danışığında işğal olunmuş Qüdsdə baş verən hadisələrlə bağlı söhbət aparıb.
Həniyyə bu telefon danışığında Omanın xarici işlər nazirini Məscidül-Əqsada davam edən hadisələr və sionist hərbi qüvvələrinin bu müqəddəs yerə basqını və sionistlərin Məscidül-Əqsada qurbanı kəsmək ayinlərini yerinə yetirmək səyləri barədə məlumat verib.
Əl-Xəlic online saytının məlumatına görə, Həniyyə Fələstin xalqının İslam ümmətinin müqəddəs məkanlarını müdafiə etməyə davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, sionistlərin Məscidül-Əqsa və fələstinlilərə qarşı təcavüzü mübarək Ramazan ayında daha da güclənib. Belə ki, cümə günü Məscidül-Əqsa sionist ordusunun vəhşicəsinə hücumuna məruz qalıb.
Fələstin müqaviməti isə Qüdsdə son günlər baş verən hər hansı bir gərginliyin artması ilə bağlı işğalçılara xəbərdarlıq edib.