Həmas rəsmilərindən biri Qəzza İdarə Komitəsinin yaradılması ilə bağlı Fəth Hərəkatı ilə daxili mübahisələrə son qoymaq üçün mexanizmin işlənib hazırlanması ilə bağlı mətbuatda dərc olunan xəbəri təsdiqləyib.
Əl Aləm telekanalının məlumatına əsasən, adının naməlum qalmasını istəyən bu Həmas rəsmisi Qahirədə danışıqlarda iştirak edənlər arasında müzakirənin yekunları üzrə tərəflərin saziş layihəsini təsdiq etdiklərini qeyd edib.
Sənədə əsasən, 10-15 nəfərdən ibarət olacaq komitənin fəaliyyəti münaqişə başa çatdıqdan sonra Qəzzə zolağında humanitar yardım, təhsil, səhiyyə, iqtisadiyyat və bərpa sahələrini əhatə edəcək.
Qeyd edək ki, hal-hazırda Fələstin nümayəndə heyətləri Misirin paytaxtı Qahirədə müharibədən sonrakı Qəzzənın necə idarə olunması, sionist rejimlə girov mübadiləsi ilə bağlı görüşlər keçirirlər.