ABŞ prezidenti Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Həmasın təqdirəlayiq bir mövqeyi olduğunu sandığı üçün işdən kənarlaşdırıldı.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Prezident Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Həmasla birbaşa danışıqlara rəhbərlik edən Adam Boehler onların yaxşı insan olduğunu dediyi üçün işdən uzaqlaşdırılıb.
Axiosun verdiyi məlumata görə Tramp administrasiyası Fələstinin Həmas hərəkatı ilə Qəzzada girovlar və münaqişəyə son qoyulması ilə bağlı gizli, birbaşa danışıqlar aparır. Ondan sonra Adam Boehler istefaya məcbur edilib və sonra başqa vəzifədə daha geniş səlahiyyətlər vermək istəyi ilə bağlı olması barədə xəbərlər yayılıb. Amma əslində Trampın Həmas danışıqları üzrə xüsusi nümayəndəsi İsrail liderlərini qəzəbləndirən bəyanatında Həmsı “çox yaxşı insanlar” adlandırıb.