Fələstinin Qəzza zolağındakı Həmas lideri Yəhya Sinvar təşkilatın siyasi bürosunun rəhbəri seçildi.
Əl Aləm telekanalının məlumatına əsasən, müvafiq açıqlama bu gün (6 avqust) hərəkatın teleqram kanalında dərc olunub.
Açıqlamada deyilir: Hərəkatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə şəhid İsmail Həniyyənin canişini olaraq Yəhya Sinvar seçildi.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakdan sonra İsrailin onun Tehrandakı iqamətgahına hava hücumu nəticəsində terror edilmişdi.