Həmas sionist rejimin Suriya əleyhinə hücumlarını tənqid edərək bunu region xalqlarını öz işğalçılığına tabe etmək üçün zorakılıqlarının davamı kimi qiymətləndirib.
İRNA-nın məlumatına əsasən, Həmas bu gün (10 dekabr) bəyanat yayaraq elan edib: Düşmən sionist məntəqədə xalqları özünə tabe etmək üçün bir növ soyqırım siyasəti yürüdür və başda müsəlmanlar olmaqla onları özünə tabe etmək üçün olmazın cinayətlərini törədir.
Həmas islam və ərəb ölkələrinin düşmən qarşısında mübarizə üçün vəhdət təşkil etmələrini, birlikdə sionistlərə müqavimət göstərmənin bir vəzifə olduğunu qeyd edərək deyib: İsrail Suriua hadisələrindən sui-istifadə edərək bu ölkənin cənub sərhədlərini aşmaq, xüsusilə də Qəntəriyyə şəhərini ələ keçirməyə can atır. Bu isə onların işğalçı fitrətindən irəli gələn bir rəftardır.