Fələstin İslami Müqavimət Hərəkatı Həmas bəyanat yayaraq ötən gecə Ramullahın qərbində iki sionistin yaralandığı əməliyyatın İsrailə bir mesaj olduğunu elan edib.
İRNA-nın məlumatına əsasən, Həmas dünən gecə (13 noyabr) elan edib: Biz bu əməliyyat vasitəsilə sionist rejimə müqavimətimizin davam etdiyini, İordan çayı qərb sahili və Qəzzə zolağındakı cinayətlərinin cavabsız qalmayacağını dedik.
Həmas həmçinin bu bəyanatda bütün Fələstin xalqı və qərb sahilinin şücaətli gənclərini qəsəbəsalma siyasəti ilə mübarizələrini davam etdirmələrini tövsiyə edib.