Həmas liderlərindən biri İsrail baş nazirinin müqavimətin əlində olan sionist girovların azad edilməsində aciz qaldığından xəbər verib.
İRNA-nın məlumatına əsasən, Tahir Əl Nunu Əl Cəzirə telekanalı ilə müsahibədə deyib: Həmas-İsrail müzakirələrində heç bir dəyişiklik yoxdur və danışıqların uğursuzluğunun məsuliyyəti Benyamin Netanyahunun üzərinə düşür.
Tahir Əl Nunu həmçinin vurğulayıb: Ümmətin görkəmli şəxsiyyətləri və dini liderlərin də Qəzzə zolağının şimalında blokadada olan insanların xilas olması üçün əllərindən gələni əsirgəməməlidirlər. Bununla bərabər müqavimət cəbhəsinə dəstəklər davam edir. Biz Livan cəbhəsinin Qəzzəni tək qoymayacağına əminik.