Həmas Hərəkatının mətbuat katibi bəyanatla sionist rejimin Nablosda fələstinlilərin evlərinə hücum və dağıdılmasına etiraz edərək deyib: Saxtakar rejimin cinayətləri Fələstin xalqının düşmənlə mübarizə əzmini azaltmayacaq.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hazim Qasim sionist rejimin Nablosda Usamə Əl Təvilin evinə hücum başda olmaqla dünən (15 iyun) vandallıqlarını pisləyərək deyib: Cinayətkar rejimin vandallığı fələstinlilərin əzmkarlığını daha da şiddətləndirir. Sionistlərin bu rəftarları tarixin qara ləkəsidir və onların bir xalqın kökünü kəsmək cəhdləri boşa çıxacaq.
Hazim Qasim həmçinin vurğulayıb: Fələstinlilərin evini dağıtmaq və onları əsir götürmək siyasəti bihudə bir siyasətdir. Bizim xalqımız müqavimət iradəsi ilə sionistlərə qalib gələcək.
