Həmas sionist rejim hərbçilərinin Məscidül Əqsaya hücumuna sərt münasibət bildirib.
Əl Aləm telekanalının məlumatına əsasən, Həmas dünə gecə (28 avqust) bəyanat yayaraq sionistlərin Məscidül Əqsa və Qüdsdəki radikal əməliyyatlarının özləri üçün çox təhlükə yaradacağını və bunun bir növ odla oynamaq olduğunu bildirib.
Bəyanatda həmçinin bu hücumların bir minvalla dini müharibə ilə nəticələnə biləcəyi vurğulanaraq islam ümmətinin bu məsələyə laqeyd qalmaması, Fələstin xalqı və müqəddəslərinin müdafiəsinin zəruri olduğu deyilir.
“Faşist və cinayətkar rejim odla oynayır və Məscidül Əqsa və islam ümmətinin müqəddəslərinə hörmətsizlik edirsə, bu rəftarların onlar üçün çox təhlükəli olacağına, dini müharibənin başlanğıcı üçün zəmin yaratdıqlarını da yaxşı bilsinlər” – deyə bəyanatda bildirilib.
2 şərhlər
Hi my loved one I wish to say that this post is amazing nice written and include approximately all vital infos Id like to peer more posts like this
I do not even know how I ended up here but I thought this post was great I dont know who you are but definitely youre going to a famous blogger if you arent already Cheers