Həmas girovluğunda olan üçüncü israilli əsiri Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verdiyini elan edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmasın hərbi qolu olan Əl Qəssam Briqadaları bu gün (1 fevral) elan edib: 35 yaşlı Yarden Bibas və Fransa vətəndaşlığı olan 54 yaşlı israilli Ofer Kalderon Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verildi.
Məlumata görə 2 əsir Əl Qəssam Batalyonları komadirlərinin şəhid olduğu Xan Yunus və Qəzzə limanında təhvil verilib.
Qeyd edək ki, ümumilikdə bu gün üç girov azad edilməli idi. Daha sonra ABŞ-İsrail vətəndaşı olan 65 yaşlı Kit Sigel azad edilməlidir.
Həmas bəyanat yayaraq elan edib: Bugünkü əsirlərin köçürülməsi əməliyyatı üzərində şəhid Deyf və onun hərbi şuradakı silahdaşlarının təsviri həkk olunmuş platformada keçirildi. Bu da Əl Qəssam komandirlərinin səbirli olduqları və bu işi başa çatdıracaqları vəd və sədaqət mesajı idi.