Həmas sözçüsü sionist rejimin girov mübadiləsi və atəşkəş razılaşması üçün siyasi iradəsi olmadığını deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, adının çəkilməsini istəməyən Həmas sözçüsü bu gün (3 iyun) deyib: Daimi atəşkəs zəminində hər hansı bir təklifi qəbul etməmək sionist rejimin siyasi iradəsizliyindən irəli gəlir. Amma biz də tam atəşkəs və əsir-girov mübadiləsi, İsrail hərbçilərinin Qəzzəni boşaltması və fələstinli didərginlərin öz evlərinə qayıtması şərtimiz yerinə yetmədən heç bir sazişə imza verməyəcəyik.
ABŞ prezidenti Co Baydenin son planına işarə edən Həmas rəsmisi deyib: Biz Baydenin planını müsbət baxışla qəbul edib araşdırmağa başlamışıq və tezliklə öz cavabımızı da verəcəyik.