Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) rəsmisi işğalçı rejimin öz məqsədlərinə çatması üçün Müqavimətlə üzləşməkdə aciz qaldığını deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Sami Əbuzohri deyib: Bu gün Qəzzə İsrailin Merkavi tankını məhv edə biləcək silahını özü təmin edir.
Əbuzohri Livan cəbhəsində vəziyyətin gərginləşdiyi, onların işğalçı İsrailin iqtidarını zəiflədə biləcək çəkindirici əməliyyatları barədə deyib: İşğalçılar Amerikanın dəstəyilə Fələstin xalqını öldürməklə məşğuldurlar. Biz Amerika ilə bir düşmən kimi rəftar etməliyik. Çünki İsrailə dəstək verməkdən əlavə, onların cinayətlərinə də şərik çıxır. Amerika Fələstin xalqına etdiyi zülmün cəzasını çəkməlidir.