Həmas Hərəkatının lideri İsrailin Çüneyndə ekspansionist cinayətkarlığı nəticəsində 9 fələstinlinin şəhid olmasından xəbər verərək xəbərdarlıq edib: Fələstin torpaqlarında sionistlərin cövlan dövrü böyük bir partlayışa doğru gedir.
Əl-Cəzirə Agentliyinin məlumatına əsasən, İsmayıl Həniyyə sionist rejimin bu gün (26 yanvar) Cüneyn düşərgəsində vəhşiliklərinə kəskin reaksiya verərək deyib: İordan çayının qərb sahilinə fələstinli müqavimət dəstələri getdikcə güclənərək artmaqdadır. Demək olar ki, bu proses sionist rejimlə ciddi toqquşmaya hazırlıqdır. Sionist rejim heç vaxt İordan çayı qərb sahilini nəzarətini gücləndirə və müqavimət ruhunu cilovlaya bilməyəcək.
İsmayıl Həniyyə həmçinin vurğulayıb: İşğal olunmuş ərazilərdə son zamanlar müqavimətin aktivliyi göründüyündən daha əzəmətliir. Fələstinlilərin bu qəti qərarı və yeni strategiyasıdır.
Həmas lideri çıxışının sonunda deyib: Qəzzə Zolağı, İordan çayının qərb sahili və Qüdsdə işğalçı rejimlə başlayan bu döyüş əzəmətli bir partlayışa çevriləcək.
Qeyd edək ki, bu gün ekspansionistlərin Cüneyn düşərgəsinə vəhşicəsinə hücumunda 9 nəfər şəhid olub və 16 nəfər yaralanıb.