Həmasın ali liderlərindən biri sionist rejimin qatil baş nazirinin cəfəniyyat dolu ifadələrinə tutarlı cavablar verib.
Əl Aləm telekanalının məlumatına əsasən, İzzət Əl Rişq dünən (13 may) deyib: Netanyahu ilğımlı röyaları əsasında Həmasa qalib gəlmə iddiaları ilə insanlarda ümid yaratmağa çalışdığı üçün məqsədlərinə yetişəcəklərini deyir. Amma onlar həmişə olduğu kimi bu məqsədə heç vaxt çatmayacaqlar.
İzzət Əl Rişq həmçinin qeyd edib: Həmas liderlərinə hücum, onları terror etmək qəsdi bizim yüksək əhval-ruhiyyəli xalqımıza təsir etməyəcək və Fələstin soyqırımına məruz qalsa belə, bu torpaq şəhid olmuş insanların qanı və canı ilə yenidən çiçəklənəcək. Çünki bizim xalqımızın ana lüğətində təslim məfhumunu ifadə edən bir söz yoxdur!
Qeyd edək ki, sionist baş nazir Benyamin Netanyahu dünən (13 may) çıxış edərək Həmas liderlərinin məhvi və ya onların Qəzzə zolağından təbid olunması barədə cəfəng ifadələrlə israillilərə ümid verməyə çalışıb.
Əl Rişq həmçinin vurğulayıb: Netanyahu “hərəkat liderlərinin Qəzza zolağından təxliyəsini və deportasiyası” haqqında danışaraq ağılasığmaz fantastik fikirlər irəli yürüdür.