Həmasın yüksək rütbəli rəsmisi Vaşinqtona xitab edərək humanitar yardımlardansa, İsrailə silah göndərməni dayandırmasını istəyib.
Əl Aləm telekanalının məlumtına əsasən, Üsamə Həmdan bu günkü (5 mart) çıxışında deyib: Biz atəşkəs şətrlərimizi qarşı tərəfə elan etdik və bizim üçün önəmli olan İsrail ordusunun tamamilə geri çəkilməsi və fələstinli didərginlərin öz evlərinə geri dönməsidir.
Üsamə Həmdan sonra deyib: Düşmən hələ də atəşəs məsələsində zaman tələf etmək siyasəti yürüdür və təzyiqlər üçün soyqırımı fəndlərini istifadə edir. Amma düşmən müharibədə qazanmadığı kimi, müzakirə masasında da buna nail olmycaq.
Həmdan hər hansı bir girov mübadiləsinin yalnız atəşkəsdən sonra mümkün olacağını vurğulayaraq deyib: Qətliam və humanitar yardım karvanlarına vəhşicəsinə hücum hələ də davam edir və fələstinlilər hələ də qıtlıq içindədir. Bizim bəzi kompromislərimiz yalnız xalqımızın qanını qorumaqdır.
1 şərh
ccqug1