QafqazTimes xəbər verir ki, HƏMAS hərəkatı vurğulayıb ki, sionist rejim ilə Türkiyə arasında səfir mübadiləsinin dəstəklənməsi ilə bağlı xəbərin bu hərəkatın sözçüsünə istinad edilməsi doğru deyil.
Əl-Məyadin telekanalının məlumatına görə, HƏMAS hərəkatı sionist rejimlə əlaqələrin normallaşdırılmasının bütün formalarına, o cümlədən bu rejimlə səfir mübadiləsinə qarşı öz qəti mövqeyini təkid edib.
Qeyd edək ki, ötən çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin baş naziri Yair Lapid arasında telefon danışığı olub.
Bununla bağlı sionist rejimin baş nazirinin sözçüsü Ofir Gendelman bildirib ki, bu rejimin baş naziri və Türkiyə prezidenti telefon danışığında iki tərəfin səfirlərinin geri qayıtmasını elan ediblər.
Türkiyə ilə sionist rejim arasında münasibətlər 12 il əvvəl “Mavi Mərmərə” gəmisində baş verən hadisədən sonra gərginləşmişdi. 2010-cu ildə sionist ordu Qəzza zolağına “Azadlıq Donanması” adı ilə humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücum etmiş və bu hücum nəticəsində gəminin 10 sərnişini şəhid olmuşdur.