Qafqaztimes.com Alalam-a istinadən xəbər verir: İngiltərənin daxili işlər naziri Priti Patel Fələstin Müqavimətinin aparıcı qüvvəsi olan HƏMAS-ı terrorçu elan edəndə onu tanıyanlar təəccüblənmədi. İngiltərədə, Uqandadan hind mühacir ailəsində doğulmuş Patel “Dəmir Ledi” imici ardınca bütün yollara əl atır. İsrail lobbisinin dəstəyi ilə vəzifəyə gələn Patel bu lobbinin oyuncaqlarından biridir. Onun işğalçı sionist rejimi dəstəkləyib, Fələstin xalqına qarşı cinayətkar bəyanat verməsi adi haldır. Patel mühafizəkarlar partiyasında İsraillə dostluq qrupunun rəis müavini olarkən sionist rejimin aparıcı fiqurları ilə isti rabitələr qurub. Tereza Mey hökumətində aldığı post da yəhudi lobbinin himayəsi ilə baş tutub. O, BBC-də İsraillə gizli əlaqələri faş olandan sonra istefa vermək məcburiyyətində qalıb. İngiltərə hökumətindən xəbərsiz sionistlərlə keçirdiyi görüşlər bu gün də müəmma olaraq qalır. Patel mühacirlər, qaçqınlara qarşı ən sərt mövqe tutan siyasətçidir. İngiltərənin Avropa İttifaqını tərk etməsində də xüsusi xidmətləri var.
HƏMAS-a terrorçu deyən Priti Patel kimdir?
Əvvəlki yazı
